İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


02.05.2017  20:12 

Azərbaycanın İslamiadadakı bayraqdarı müəyyənləşdi





A+  A-

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.
Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, mayın 12-də keçiriləcək Açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək. Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib: "Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq, bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər ki, onu dəyişək".
R.Ağayevin özü isə açıqlamasında bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib. 32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb: "Artıq İslamiadaya tam hazıram. Açılış mərasiminin ertəsi döyüşə çıxmağımda heç bir problem yoxdur. Bayraqdar olma şərəfi hər adama nəsib olmur. Belə şərəfli missiyanı mənə həvalə edirlərsə, can-başla yerinə yetirməyə hazıram".
Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. O, "Bakı 2015" I Avropa Oyunlarında da qalib olub. (report)

Xəbər 3042 dəfə oxunub.



20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +