Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


23.02.2021  15:42 

Arif Buzovnalıdan yeni QƏZƏL





A+  A-


Vüsal eşqilə düşmüşdür vətəndən dərbədər ahu,
Duyub yar ətrini çöllər gəzər axşam-səhər ahu.

Sudan su inciməz damcı düşəndə damcı üstündən,
Məvəddət məşqin etməkçün gələr dünyaya hər ahu.

Elə zənn etmə göz dikmiş yerə, boynubükük durmuş,
Gözündən düşməyən bir kölgədən çəkməz nəzər ahu.

Xumar gözlər ləbaləb qan, nəfəs təng, durmadan qaçmış,
O səhradan bu səhraya yetirməkçün xəbər ahu.

Vəfa zəhrilə qan paylar vücuda səcdədə aşiq,
Baş insan, əl-ayaq insan, ürək insan, cigər ahu.

Cahanda ey məhəbbət nemətindən bixəbər insan,
Sənin zikrində aciz qaldığın sözlə mələr ahu.

Vəfadan iz qoyar kim diz qoyar torpağə izzətçün,
Nə əksiklik gələr insana olsa bir qədər ahu?

Sədaqət qəddini əymiş, təəccüb etmə məhşərdə
Əlif tək qəddi dik hu məhzərində dursa gər ahu.

Behiştdən bir nişan olmaz məgər bu, eşq dəştində
Tuta bir bəxtəvər insan əlin bir bəxtəvər ahu?

Əgər eşqin dili bir gün zəmanət versə dünyaya,
Gəzər aslanlar içrə qorxusuz, görməz xətər ahu.

Əgər qəm udduğun olmuşsa da, sus, dinmə, ey insan,
Udar dilsiz-ağızsız hər qəmi səndən betər ahu.

Bədəndə çırpınıb ruh inciyər cismin günahından,
Nə cür ki hər sədadan titrəyər, hürkər, əsər ahu.

Zəiflik yox, zəriflik imtəhanından alıb əla
Bəşər meydanına girmiş ki, göstərsin hünər ahu.

Sözün, Arif, deyil Bəhrülülumi şeri tək şirin,
Onun şəhdilə şerün səmtinə eylər güzər ahu.

Arif Buzovnalı

Xəbər 2787 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +