Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək


10.05.2017  13:37 

Bu məkanlarda pulsuz Wi-Fi var





A+  A-

“Ağ şəhər”, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkında pulsuz wifi istifadəyə verilib”.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən XəzərNews.az-a verilən məlumatda deyilib.
Bildirilir ki, bu gündən etibarən, Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz wifi xidmətindən faydalana bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.
“Baktelecom”“Baku loves you” brendi adı altında təqdim olunan layihə çərçivəsindəmütəmadi olaraq yeniləmə vətəkmilləşdirmə işləri aparır.
Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək vəpulsuz internetdən istifadə etmək mümkündür.
Məlumat üçün bildirək ki, “Dənizkənarı Milli Park” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində istismara verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internet xidmətindən yararlanıb.
Əhalinin marağını və yay mövsümü ilə əlaqədar daha çox istifadəçinin şəbəkəyə qoşulacağını nəzərə alaraq, bu göstəricinin hər həftə sürətlə artacağı istisna edilmir.
Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.


Xəbər 1789 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +