“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.01.2021  14:43 

Sabah şaxta olacaq, yollar buz bağlayacaq





A+  A-

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 19-dan 21-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, arabir yağıntılı, küləkli keçəcəyi və havanın temperaturunun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər 1934 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +