“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.06.2017  12:56 

Yol polisi iki gündə 3 mindən çox sürücüyə cərimə yazdı





A+  A-

İyununun 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə başlanılıb.
XəzərNews.az bildirir ki, Modern.az saytı iki gün ərzində qədər sürücünün cərimələndiyini dəqiqləşdirib.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobillərinin icbari sığortası olmayan 3000-dən çox sürücüyə elektron protokol tərtib olunub.
“Ayın 7-dən bu gün saat 11:20-yə qədər olan məlumata əsasən 3266 sürücü elektron protokolla cərimələnib. Bununla bağlı əvvəlcədən xəbərdarlıq etsək də, avtomobilinin icbari sığortası olmayan sürücülər bu xəbərdarlığa əhəmiyyət verməyib. Sürücülər cərimə olunmaq istəmirlərsə, avtomobillərinin icbari sığortasını etsinlər”.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.
Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə (növbəti 20 gün) avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

Xəbər 1434 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +