14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


07.05.2022  10:28 

Qərb niyə susur?





A+  A-

Ermənistanın paytaxtında yenə aləm qarışıb. Müxalifətçilər və indiki hakimiyyətin tərəfdarları ölkənin Milli Məclisində və KİV-in səhifələrində ifadələr seçimində özlərinə o qədər də çox əziyyət vermirlər.

Siyasi səhnədən rüsvayçılıqla silinmiş Robert Koçaryanın və Serjik Sarkisyanın tərəfdarları Yerevanın və digər şəhərlərin küçələrində yolları bağlayır, kommunal xidmətlərin artıq günlərdir boşaltmadığı, aşıb-daşan zibil qutularını küçələrə düzürlər.

İş hətta o yerə çatıb ki, müxalifətin öz daxilində çığır-bağır, söyüşmələr baş verir. Bu günlərdə Robert Koçaryanın tərəfdarları öz “əsabə”ləri ilə Fransa meydanına gələn Serj Sarkisyanı ora buraxmayıblar. Ona bildiriblər ki, o, xalq arasında yaxşı ad-san qazanmayıb və etirazçılar arasında olmasına lüzum yoxdur.

Əlbəttə, Serjikin populyarlığı həqiqətən sıfıra bərabərdir, lakin necə deyərlər, bu haqda gör bir kim danışır!

Digər tərəfdən, polisin özü də daha qışqırıqçı boşboğazların tutulmasında yol verilə bilən tədbirlərə riayət olunmasında güc tətbiq edilməsinin o qədər də qayğısına qalmır. Nümayişçilərin, o cümlədən qadınların və ahıl insanların döyülməsi, onların qollarının burulması kimi kadrlar yenidən dünyaya yayılıb. Hər şey əvvəllər olduğu kimi.

Bəs Qərb? Qərb isə yenə susur. Əgər bu gün Yerevanda müşahidə etdiklərimizin ondabir hissəsi Bakıda baş versəydi, Avropa parlamentinin deputatları Azərbaycanın ünvanına isteriyalı iddialarla çıxış edərək boğazlarını yırtardılar. Qərb KİV-inin səhifələri “avtoritarizm” barədə kinli materiallarla aşıb-daşar, beynəlxalq QHT-lər isə səs-səsə verərdilər. Ermənistana münasibətdə isə - tam səssizlik. Yenidənmi ikili standartlar?

Bəli, həmin ikili standartlar! Uzağa getmək lazım deyil. Elə götürək, sanksiya dəyirmanına düşən Rusiya şirkətləri və banklarına hazırda Ermənistan tərəfindən hansı hiyləgər üsulların təklif olunmasını. Onun yerində Rusiyaya qadağalardan yan keçməyə kömək edən başqa dövlət olsaydı, dərhal həmin sanksiyalar ona da tətbiq olunardı. Lakin “dxr-lxr”dəki separatçılara Ermənistanın köməyi cəzasız qalıb. Qərbdə heç kim hiddətlənmir ki, Ukraynada döyüşən Rusiya hərbi hissələrində nə üçün Ermənistan bayrağı qaldırılır, Rusiyaya məxsus tanklar üzərində nə üçün boya ilə “Ermənistan” yazılır, bəzi hərbçilərin paltarının qolunda nə üçün Ermənistan bayrağı əks olunan şevronlar var.

Hətta Qərbin Ermənistana ayırdığı maliyyə yardımı qaçaraq yaxasını qurtarmağa çalışan Rusiya şirkətləri üçün Yerevanda əlverişli şərait yaradılmasına sərf olunur, amma buna heç bir tənqidi reaksiya yoxdur.

Hansı reaksiyadan söhbət gedə bilər! Bunun əvəzində Ermənistan XİN-in rəhbərliyi, əksinə, ABŞ Dövlət Departamentinə ayrıca dəvət almaq şərəfinə nail olur, orada onları ən əziz qonaqlar kimi qarşılayırlar. Ermənistan nümayəndə heyətinin ABŞ-a, istehza doğuran “demokratiya sammiti”nə dəvət olunması nə demək idi?!

Əgər Qərbdə iltifat edib başlarını qumun altından çıxarsalar, qara eynəyi gözlərindən endirsələr və yan-dövrələrinə diqqətlə baxsalar, görərlər ki, bu gün aqressiv və revanşist gündəlik irəli sürənlər məhz erməni soyadlarını daşıyanlardır - Simonyan, Keosayan, Qabrelyanov, Baqdasarov, Kurginyan, Miqranyan. Onların bəlağəti Göbbels təbliğatından get-gedə daha az fərqlənir.

Bu yaxınlarda erməni bumeranqı qayıdıb Ermənistanın özünə dəymişdi. Əgər Qərbin ikili standartları nəzərə çarpmazsa və aradan qaldırılmazsa, bir gün görəcəyik ki, erməni narazılığının əks-sədası məhz bu gün hamıdan çox ona himayədarlıq edən yerdən gələcək.

Vüqar Seyidov,
AZƏRTAC


Xəbər 2411 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +