“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.06.2019  13:39 

Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu





A+  A-

İyunun 14-də Moskvada Azərbaycan vətəndaşının iştirakı ilə oğurluq hadisəsi qeydə alınıb.
XəzərNews.az-ın “Life.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Çin üzrə nazir müavini ölkəsində məzuniyyətini başa vurduqdan sonra Çinə qayıtmaq üçün səhər tezdən taksi sifariş edib.

İki saat yol getdikdən sonra general-leytenantın səhhəti pisləşib, onun burnundan qan gəlib. Bu zaman sürücü ona avtomobildən enməyi və üzünü yumağı təklif edib. Lakin üzyuma prosesi bitəndə o, sərnişini yolda qoyaraq qaçıb.

Maşında bir neçə bank kartı, sənədlər, hədiyyələr qalıb.

Generalın hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törədən 59 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

O, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək sənədləri zibil qutusuna atdığını, bəzi əşyaları bomjlardan birinə verdiyini, özünə isə iPad götürdüyünü etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər 1298 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +