“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.12.2022  14:52 

Azərbaycan ciddi dərman problemi ilə üz-üzədir - Video





A+  A-

Azərbaycan 2 il yaxındır ki, ciddi dərman problemi ilə üz-üzədir. Səbəblər, səbəbkarlar hələ də tapılmır. Pandemiya dövründən qəhətə çəkilən dərmanların siyahısı Ukraynadakı müharibədən sonra daha da artdı.

Müxtəlif xəstəliklər üzrə lazımi dərmanlar aylarla tapılmır, xəstələr haradansa 5 manatlıq dərmanı 40 manata alır, ya da xaricdən,Türkiyədən gələnlərlə xahiş-minnətlə alır.

İTV-nin Sabaha saxlamayaq verilişində növbəti dəfə problem qabardılıb.

Tok şouda Bakupost.az və Medicina.az saytının təsisçisi, jurnalist Elçin Zahiroğlu, həkim radioloq Aydın Əliyev, İqtisadiyyat Nazirliyinin Əczaçılıq və ekpertiza şöbəsinin müdiri Mətin Bədəlov, Gömrük komitəsinin şöbə rəisi Elçin Rüstəmov, Dərman idxal edən şirkətlərlə işçi qrupunun rəhbəri Qurbanəli Əliyev, Əzcaçılar klubu İB-nin Şövqi Bünyadov iştirak edib.

Azərbaycanın strateji sahəsində problemlər nə vaxta kimi davam edəcək?

Maraqlısı odur ki, ölkədə satışa icazəsi olan 13490 adda dərmandan cəmi 3500 adda dərman satış dövriyyəsindədir.

Eyni zamanda Türkiyədə, Gürcüstanda dərmanların ucuz, Azərbaycanda baha olmasının səbəbləri araşdırılıb.

Daha ətraflı videoda:



Xəbər 1279 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +