Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


04.04.2023  11:52 

“İran körpüləri yandırıb” - Deputat





A+  A-

“Iranın Azərbaycan dövlətinə, vətəndaşlarına, xalqına qarşı yürütdüyü qərəzli və düşmənçilik siyasətini şiddətlə qınayıram. Təəssüflə deməliyik ki, o, aramızda olan körpüləri Tehranda səfirliyimizdə törətdiyi terror aktı və deputat Fazil Mustafanın həyatına sui-qəsd aktı törətməklə demək olar ki, tam yandırıb. Hələ də ölkəmizdə siyasi stabilliyin, əmin-amanlığın pozulması üçün daima fəaliyyətdədir”.

XəzərNews.az xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, dövlətləri birləşdirən körpülərin iki tərəfi olur:

“Onlar öz tərəflərinə düşən hissəni yandırsalar da biz öz tərəfimizdə olan hissəsini qoruyub saxlamaq cəhdi edirik. Bu da bizim dövlətimizin daha müdrik olmasının, region ölkələrinin maraqlarını və çıxarlarını nəzərə almaq istəyimizdən irəli gəlir. Iranın dövlətçilik tarixi qədim olsa da, müasir düşüncə tərzi çox primitivdir, apardığı geopolitik siyasət isə arxaikdir.

Iran dövləti bizə gözdağı olaraq torpaqlarımıza təcavüz edən və bu gün də militarist siyasət yürüdən Ermənistanla nümayişkəranə tərəfdaşlıq edir və onu siyasi alət kimi bizə qarşı istifadə edir. Özünün bu cür düşmənçilik siyasətinin müqabilində isə bizim İsrail ilə dostluğumuza və səfirlik açmağımıza qısqanclıq və düşmənçilik prizmasından baxır. Necə yəni sənə olar, bizə yox?

Ümumiyyətlə başa düşə bilmirəm ki, bu qonşu dövlətlərdə özünü böyük qardaş kimi aparmaq hissi niyə günü-gündən güclənir? Axı müasir insan niyə feodal təfəkkürünə geri dönüş edir? Biz hansı əsrdə və zamanda yaşayırıq? Azərbaycan dövləti üçün böyük və kiçik qardaş prinsipi yoxdur, sadəcə qardaş ölkə, dost ölkə, qardaş xalq və dost xalq prinsipləri var.

Iranla qonşuluq münasibətlərinin qurulması üçün gərək bu dövlət bizə qarşı əsassız hədələrini, təhqir və hücumlarını kənara qoysun, Tehranda səfirliyimizə qarşı törətdiyi terror aktına və deputat Fazil Mustafanın həyatına qarşı təşkil etdiyi sui-qəsdə görə üzr istəsin. Yalnız bu halda münasibətlərin tezliklə normallaşması baş verə bilər. Əks halda, bu düşmənçilik heç bir tərəfə, xüsusən də onlara xeyir gətirməyəcək, bunu da bilsinlər”.

Xəbər 1209 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +