Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.02.2021  16:49 

İran səfiri Türkiyə XİN-ə çağırıldı





A+  A-

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna İranın Bağdaddakı səfiri İrec Məscidinin verdiyi müsahibədə Türkiyəni İraqın suverenliyini pozmaqda ittiham etməsi səbəb olub.

Türkiyə XİN-dən Ferazmendə terrorla mübarizədə İranın Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədikləri bildirilib. Qeyd edilib ki, Türkiyənin keçirdiyi əməliyyatlar əsasən İraqın təhlükəsizliyi və suverenliyini hədəf alan PKK ünsürlərinə qarşı yönəldilmiş terrorla mübarizə çərçivəsində icra edilir.

Həmçinin, Türkiyə XİN-in xəbərdarlığında Məscidinin müsahibəsində İraqda PKK-nın mövcudluğu təhlükəsinə toxunmadığı da diqqətə çatdırılıb.

Xəbər 2490 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +