Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


26.02.2021  19:03 

Sarkisyan müxalifət nümayəndələri ilə görüşdü





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan müxalifət nümayəndələri ilə görüşüb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Sarkisyan bütün tərəfləri dinlədikdən sonra obyektiv qərar verəcəyinə söz verib. Bunu Sarkisyanla görüşdən sonra müxalif "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan söyləyib. Vanetsyanın sözlərinə görə, Sarkisyan onların fikirlərini dinlədikdən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi Baş Qərargah rəisi Onik Qasparyanla da görüşəcəyini deyib:

“Vəziyyətin son dərəcə çətin olduğu və dövlətçiliyin itirilməsi təhlükəsi olduğuna dair bir fikir birliyi var və mövcud vəziyyətdən çıxmaq üçün konkret və operativ qərarlar qəbul edilməlidir. Buna görə də bütün qüvvələr bu vəziyyətdən çıxmaq üçün səylərini birləşdirməlidirlər”.

Müxalifət prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefaya göndərmək üçün baş nazirin fərmanını hökumətə qaytarmağı və baş nazir yenidən bənzər bir müraciət edərsə, sənədi Konstitusiya məhkəməsinə göndərməyi təklif edib.

Qeyd edək ki, Ermənistan prezidenti daha əvvəl parlamentin “Mənum addımım” fraksiyasından Lilit Makuntsla, “Çiçəklənən Ermənistan”dan Edmon Marukyanla, partiyanın katibi Arman Abovyanla, prlamentin spikeri Ararat Mirzoyanla görüşmüşdü.

Xəbər 2695 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +