Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


30.08.2019  09:25 

Ərdoğan ölüm cəzasından danışdı





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib.
XəzərNews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan bildirib ki, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü və sədr müavini Mahir Ünal ölkədə pedofillərə edam cəzasının tətbiq edilməsini, habelə onların kastrasiyasını (axtalanma) nəzərdən keçirdiklərini bildirmişdi.

Onun sözlərinə görə, Türkiyədəki uşaqların müdafiəsi ən yüksək səviyyədə təmin ediləcək. Hakim partiya sədrinin müavini pedofillərin edam edilməsi və kastrasiya məsələlərinin bir daha parlamentdə müzakirə olunacağını da qeyd edib.

Xatırladaq ki, məsələ 9 aprel 2018-ci ildə Türkiyə parlamentində müzakirə edilib və bununla bağlı qanun layihəsinin qəbul ediləcəyi gözlənilirdi.

Pedofillərin kastrasiyasına dair qanun qəbul olunarsa, onlar 20- 40 ilə qədər həbs cəzası ilə üzləşəcəklər.

Türkiyədə edam cəzası 2001-ci ildə ləğv edilib, halbuki, 1986-cı ildən bu yana ölkədə istifadə edilmir.

Xəbər 1387 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +