Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


12.03.2025  16:09 

Bu, Mədəniyyət Nazirliyinin köhnə bəlasıdır - Əli İsa Cabbarov





A+  A-

XəzərNews.az Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Quru statistika belə göstərir ki, təxminən son 10-15 ildə dövlət sifarişi ilə çəkilən filmlərin sayı kəskin azalıb. Bunun səbəbi nədir? Ssenari yoxluğu, yoxsa sayı Mədəniyyət Nazirliyi müəyyən edir?

- Dövlət vəsaitləri hesabına işlərin və xidmətlərin satın alınması üzrə ixtisaslaşmış Satınalmalar üzrə Dövlət Agentliyi tender keçirir. Mədəniyyət Nazirliyi isə bu tenderin vaxtını çox gec elan edir. Problem bu məqamdan başlayır. İldə 2 dəfə tender elan edilsə, il ərzində 5-6 filmə həddinə çata bilərik.

Təəssüf ki, hər il dövlət büdcəsində standart 6 milyon manat müəyyənləşdirilsə də, son dəfə Azərbaycan Respublikası Kino Agentliyinin (AKRA) elan etdiyi müsabiqələrin qaliblərinə film çəkilişi üçün ümumən 3 milyon civarında vəsait xərclənib. Yəni dövlətin ayırdığı vəsait xərclənmir və hesabda qalır. Hətta buna görə Maliyyə Nazirliyi 2025-ci ildə kinoya ayırdığı vəsaitdə bir az azalmalar edib ki, onsuz da qalıq vəsait var.

“Niyə çəkilən filmlər azdır” sualının çox sadə bir səbəb var: tenderlər, müsabiqələr gec elan edilir. Son tenderdən 1 ildən çox vaxt keçib, hələ də tender elan edilmir.

Müqayisə üçün deyim, 2024-cü ildə özəl sektorda 20 tam metrajlı film çəkilib. Qısametrajlı və sənədli filmləri çıxsaq, eyni ildə dövlət sifarişi ilə 1 və ya 2 film çəkilib. Yəni özəl sektorla dövlət vəsaiti hesabına çəkilən filmlər arasında bu qədər fərq var.

- Dövlət sifarişi məsələsində gizli himayəçilik varmı? Nazirliyin “gülməşəkər” rejissor və ssenaristləri...

- Sonuncu tenderin qalibləri arasında 10-dan artıq rejissor adı var. Həmin filmlərdə müxtəlif aktyorlar çəkilib. Sənədli filmlərin də rejissorları müxtəlifdir. Amma “gülməşəkərlər” həmişə olur. Məsələn, rejissorların öz yanaşmasında da, bir növ, stereotip ola bilər ki, yaşlı obrazdırsa, onu ancaq filankəs oynaya bilər, əgər uğursuz gəncdirsə, ancaq filankəs oynaya bilər və s. Yəni rejissorların öz yanaşmasında bəzən yaradıcı tənbəllik olur. Amma rejissor və prodüser seçimində təbii ki, subyektivlik olur. Bu, Mədəniyyət Nazirliyinin köhnə bəlasıdır. Onlar da bir müddət sonra gözdən düşür və yeniləri ilə əvəz edilirlər.

- Xalq artisti Rasim Balayev bir müddət öncə Nazirlər Kabinetinə müraciətlə aktyor və rejissorlar üçün qonorarın artırılmasını xahiş etmişdi...

- Baş nazir Əli Əsədova müraciətindən sonra qonorarları tənzimləyən 38 nömrəli qərar dəyişdirildi. Orada qonorarların yuxarı həddi yoxdur, qonorar məbləğini prodüser, yaxud işi təmin edən tərəf məntiq çərçivəsində istənilən qədər qaldırıla bilər. Bununla bağlı maksimal tələb götürülüb. Əvvəl, 1997-ci ildə təsdiq olunmuş qərardan fərqli olaraq, indi prodüserlər qonorarı bazara uyğun verə bilirlər.

Hazırda film çəkən əsasən özəl şirkətlərdir. Onlar isə bazara uyğun qonorar verirlər. Misal üçün, serial sahəsində verilən qonorarlar gülməlidir. Aktyorlar öz prodüser mərkəzləri ətrafında birləşməli və qonorarın yüksəldilməsini tələb etməlidirlər.

Kimin bu məsələdə şikayəti varsa, onlar Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına müraciət etsin, onu vəkil xidməti ilə təmin etməyə və hüquqlarını məhkəmə yolu ilə qorumağa hazırıq.

Əslində, maliyyələşmədə gecikmələr sənədləşmə işində olan süründürməçilik halları ilə bağlıdır. Bəzən hətta absurd sənədlər də tələb olunur. Özəl sektor məhz buna görə 20 dəfə daha çox film çəkir, yəni lazımsız sənədləşmədən azaddır. Ona görə də maliyyələşdirmə mexanizmində dinamiklik yaratmaq lazımdır. Bəzən prodüserlər səriştəsiz, sənədləşmədə səhvlər olur. Özüm də rəhbəri olduğum kino.info saytı üzrə maliyyələşmələrdə ilk aylarda gecikmələrlə üzləşdim. Dəfələrlə etiraz və şikayətlərdən sonra son 3 ayda maliyyələşmədə problem yoxdur.

Xəbər 1667 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +