Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


19.01.2021  18:45 

BNA da hərəkət iştirakçılarına xəbərdarlıq etdi





A+  A-

Bakı Nəqliyyat Agentliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.
XəzərNews.az-ın xəbərinə görə, bildirilib ki, çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir:

“Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərdən, xüsusən enişli və yoxuşlu yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alınmaqla digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar.

Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir”.

Qeyd olunub ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində də eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etməlidirlər.

Xəbər 1885 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +