Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


18.01.2021  17:28 

Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət





A+  A-

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət edib.
XəzərNews.az-a daxil olan müraciətdə qeyd olunur: “Ali Baş Komandan, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olunub. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edilib. İndi isə gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaqdır.

Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır!

Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik.

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a

Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32”.

Xəbər 2056 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +