Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


14.05.2025  16:52 

Gənclərə mühüm platforma





A+  A-

“Bilim Maarif” atelyesinin açılış mərasimi keçirildi

XəzərNews.az xəbər verir ki, Türkiyə Maarif Vəqfi və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu, həmçinin elm və texnologiya sahəsində fəaliyyət göstərən digər nüfuzlu qonaqlar iştirak ediblər.

“Bilim Maarif” atelyesi gənclərin texnoloji biliklərini inkişaf etdirmək və innovativ düşüncə tərzini təşviq etmək məqsədi daşıyır. Atelye müasir avadanlıqlarla təchiz olunub və şagirdlərə robototexnika, proqramlaşdırma və süni intellekt sahələrində təcrübə qazanmaq imkanı yaradacaq.

Açılış mərasimində çıxış edən səfir Prof. Dr. Birol Akgün Türkiyə və Azərbaycan arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Elvan Kuzucu isə “Bilim Maarif” atelyesinin gənclərə öz potensiallarını kəşf etmək üçün mühüm platforma olacağını bildirib.

Xəbər 2569 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +