Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


22.07.2018  11:45 

Bakıda “bomj” 2 kiloqram heroinlə tutuldu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib, ondan alıcı tapmasını xahiş edib. U.Məmmədov onun bu təklifindən sonra dərhal Nizami Rayon Polis İdarəsinə gedərək R.Zəkaryayevdə narkotik vasitə olması barədə məlumat verib.

Təqsirləndirilən, 59 yaşlı R.Zəkaryayev ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib. İfadəsində daimi yaşayış yeri olmadığını, narkotik vasitlərdən istifadə etmədiyini, həbsxanaya düşmədiyini göstərib. Saxlanılarkən əlindəki sellofanın ona məxsus olmadığını deyən R.Zəkaryayev həbs olunmazdan bir gün öncə Qara Qarayev prospektindəki kafelərdən birinə gedib, yemək yeyib, spirtli içki qəbul edib:

“Bir neçə dəfə ora gedib yemək yemişdim. Kafenin sahibi Ulduz adlı şəxs mənə sellofan torba verdib dedi ki, qarşıdakı binanın yanında səni qarşılayacaqlar. İçərisində nə olduğunu bilmirdim. Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər yaxınlaşdılar. Ömrümdə narkotik vasitə görməmişəm. Amma polislər narkotik olan sellofanı əlimdə tutmuşdular. Polislər mənə təzyiq etmədilər. Sellofanı mənə Ulduzun verməsi aydın idi”.

Daimi yaşayış yeri olmayan, saxlanılarkən cibində 1 manat belə aşkarlanmayan şəxsin 2 kiloqramdan çox heroini haradan əldə etməsi suallar doğurub. Baş əməliyyat müvəkkili Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə verdiyi məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Rasim Zəkaryayev saxlanılıb.

Baş leytenant Murad Soltanov da anoloji ifadə verib. O, əlavə olaraq göstərib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib: "Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".

Şahid qismində dindirilən Ulduz Məmmədov ifadəsində Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin həmin kafeyə müştəri kimi gəlib-getdiyini göstərib. Şahidin ifadəsinə görə, sonuncu dəfə kafeyə gələn R.Zəkaryayev ona heroin satmağı təklif edib. O da öz növbəsində bu haqda polisi məlumatlandırıb: "Hər şeyi polisə dedim. Çünki gənclərimizin çoxu narkotik vasitənin qurbanı olurlar".

Təqsirləndirilən R.Zəkaryayev isə şahidin yalan danışdığını, həbs olunmamışdan bir gün əvvəl Ulduzun ona kafedə qalmağı təklif etdiyini deyib: “Bilirdi ki, gedəcək yerim yoxdur. Həmin gecə oturacaqların üstündə yatdım. Səhər də selofan torba verdi, sonra da tutuldum. Mənim heç bir günahım yoxdur".

Xəbər 1446 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +