G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı
Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib
Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələndi
Rusiyadan enerji alanlara 500 faizlik tariflər gəlir
DİN narkotik tacirini ifşa etdi
Lavrov və Mirzoyan niyə bir-birini aldadır? - ŞƏRH


15.02.2018  12:04 

Lotu Qulinin kassiri ələ keçdi - Onlarla tərəfdarı həbs edildi





A+  A-

Moskvada Azərbaycan cinayətkar qruplaşmasının liderlərindən olan Fuad Rzayev və onun onlarla tərəfdarı saxlanılıb
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Fuad Rzayev hazırda Türkiyədə yaşayan Lotu Qulinin adından iri ticarət obyektləri, habelə meyvə-tərəvəz bazarlarından xərac yığmaqda günahlandırılır.

Məlumata görə, “Afo” Ləqəbli Fuad Rzayevə Moskvadakı hərəkətlərinə görə səlahiyyəti Quli verib. “Afo”nun 35 yaşı var, Gürcüstan vətəndaşıdır. Məhz Rzayev iş adamları ilə görüşür, onlardan ümumi xəzinəyə ayda 2 milyon rubl (təxminən 35 min dollar) verməyi tələb edirmiş.

Məlumata görə, Rzayev bir neçə mobil telefondan istifadə edirmiş. Bütün məsələləri isə üzbəüz yox, telefonla həll edirmiş. O, daimi yaşayış yerini dəyişirmiş.

Amma polis onun izinə düşə bilib. Dolqoprudnı rayonunda onun yaşadığı mənzilin yerini öyrənən xüsusi təyinatlılar evə hücum çəkiblər. Bu arada Rzayev özünə 4 bıçaq zərbəsi vurmağa da imkan tapıb. O, dərhal xəstəxanaya aparılıb.

Polis Rzayevin Aygün adlı həyat yoldaşını da saxlayıb. Məlum olub ki, əvvəllər onun haqqında sənəd saxtalaşdırmasına görə cinayət işi qaldırılıbmış. İlkin istintaq zamanı məlum olub ki, iş adamlarından alınan pullar məhz onun kredit kartına köçürülürmüş. Eyni zamanda Dolqoprudnıda və Moskvada Rzayevə yaxın adamların həbsləri həyata keçilir.

Xəbər 1944 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +