İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


05.12.2017  17:23 

“Azərbaycan növbəti peykini orbitə çıxarılmasına hazırlaşır“





A+  A-

Prezident İlham Əliyev XXIII Beynəlxalq “BakuTel-2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli iştirakçılar! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIII Beynəlxalq “BakuTel-2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi və konfransının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Mütəmadi təşkil edilən sərginiz Azərbaycanla yanaşı, bir çox dünya ölkələri və eləcə də şirkətlər üçün yüksək texnologiyalar sahəsində son nailiyyətlərin təqdim olunduğu beynəlxalq platforma rolunu oynayır.

İnformasiya-kommunikasiya texnologiyaları indiki mərhələdə dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsi və biznesin irəliləməsinin əlverişli vasitəsi olmuş, cəmiyyətdə şəffaflığın artırılmasının vacib amilinə çevrilmişdir. Bu sahənin prioritet elan edildiyi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin maksimum istifadəsinin vüsət aldığı ölkəmizdə mövcud İKT infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər sistemli şəkildə ardıcıl aparılmaqdadır.

Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaratmışdır. Hazırda respublikamızda “elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir, “elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.
2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq.
Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artmış, bütövlükdə infrastruktur müasirləşdirilmişdir.

Ənənəvi “BakuTel” sərgisi İKT sahəsində uğurların nümayişi və qabaqcıl texnoloji yeniliklərin təqdimatı olduğu kimi, həmçinin biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi, eyni zamanda, ölkəmizlə yaxından tanışlıq imkanı deməkdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində keçiriləcək səmərəli görüşlər, dinləniləcək məruzə və çıxışlar yeni təşəbbüslərin müvəffəqiyyətlə gerçəkləşməsinə və qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir".

Xəbər 1201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +