İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


21.01.2025  17:40 

“Abzas Media“ işi üzrə məhkəmə prosesi davam etdirilib





A+  A-

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilir.

Təqsirləndirilən Ülvi Həsənli “Abzas”ı 2016-cı ildə yaratdığını və elə həmin andan media qurumunun rəhbəri olduğunu bildirib. “Abzas”da sosial problemlərin işıqlandırıldığını və siyasi proseslərlə bağlı reportajların hazırlandığını qeyd edib.

Ülvi Həsənli dövlət ittihamçısının suallarını cavablamaqdan imtina etsə də, müdafiəçilərin suallarını cavablayıb.

Təqsirləndirilən Fərid Mehralızadənın vəkili Cavad Cavadlı məhkəməyə vəsatət təqdim edib. O, bildirib ki, Fərid Mehralızadənin yeni qız övladı dünyaya gəlib. Dövlətin yeni doğulmuş şəxslərə verdiyi ödənişi almaq üçün müvəkkili yoldaşına etibarnamə verməlidir. Notarius əməkdaşının istintaq təcridxanasına getməyi üçün məhkəmənin qərarı olmalıdır.

Məhkəmə vəsatəti təmin edib.

Proses 11 fevralda davam etdiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib./Lent.az

Xəbər 3012 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +