Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


16.04.2021  10:19 

Günel Həsənli videolarla bağlı araşdırmadan narazıdır





A+  A-

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sosial şəbəkələrdə intim videolarının yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciət əsasında aparılan araşdırmanın gedişatından narazıdır.
XəzərNews.az xəbər verir ki, G.Həsənli Azadlıq Radiosuna açıqlamasında bildirib ki, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Yasamal və Xətai rayonlarının həm prokurorluğuna, həm də polis idarəsinə şikayətlər göndərilib: “Heç birindən rəsmi cavab gəlməyib. Xətai rayonu, 37-ci polis bölməsinə aprelin 3-də ərizə verilib, aprelin 7-də iş oradan Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Orada təhqiqatçıdadır. Təhqiqat müddəti 10 gündür. Bir gün sonra müddət başa çatır, amma heç bir nəticə yoxdur".

G.Həsənli bildirib ki, atasının siyasi fəaliyyətinə görə təxribata məruz qalıb: “Özünü mənə Allahverdiyev Mahir Nizami oğlu kimi təqdim edən şəxslə görüşdüyüm binanın girişində, restoranlarda olan videokameraların görüntülərinin alınıb araşdırılmasını, bir nüsxəsinin də mənə təqdim olunmasını istəyirəm. Şikayətlərimdə bu təxribatın birbaşa iştirakçısı ilə yanaşı, onu quranların hamısının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Uşaqlarımın telefonlarına intim xarakterli videoları göndərən şəxslərin də müəyyənləşdirilib cəzalandırılmasını tələb edirəm. Amma proseslərin gedişi göstərir ki, heç nə eləmək istəmirlər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Günel Həsənlinin müraciəti əsasında araşdırma gedir: "Müraciət edib, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə özünə məlumat veriləcək".

Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videolarda adı keçən və Mahir Allahverdiyev kimi təqdim olunan şəxs isə məsələ ilə bağlı məlumat veriləcəyini deyib: "Sizə kim ixtiyar verib bu nömrəni yığmağa? Qarşı tərəf deyirsizsə, hüquq-mühafizə orqanları var, ora şikayət eləyiblər. Allah qoysa, açıqlama olacaq. Nə dəqiqədə bir məni yığırsız? Sizin kimi 300 nəfər yığır. Sağ olun..."

Xəbər 2152 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +