XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?


12.04.2022  22:05 

Separatçıların əski parçasının aqibəti...





A+  A-

Ermənistan parlamentinin kürsüsünə müxalifətçi erməni tərəfindən taxılan separatçıların "bayrağ"ı iqtidarda olan erməni tərəfindən endirildi. Bu çox önəmli hadisədir.

Bu gün Ermənistan parlamentində müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər. Onlar bu səbəbdən də növbəti dörd günlük iclası boykot edəcəklərini söyləyiblər. Bundan sonra parlamentin iclas zalını tərk edən deputatlar keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar. Keçmiş müdafiə naziri, hazırda “Hayastan” fraksiyasının rəhbəri olan Seyran Ohanyan isə qondarma rejimin "bayrağ"ını parlament kürsüsünə taxıb.

Ohanyanın bu təxribatına cavab olaraq hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vahan Aleksanyan həmin "bayrağı" oradan götürüb və Ohanyanı sərt tənqid edib.

Ermənistan parlamentində baş verən bu olay onu göstərir ki, artıq erməni siyasi elitasında parçalanma yarada bilmişik. 44 günlük müharibədə qazandığımız qələbə ilə əsası qoyulan bu parçalanma və qarşıdurma bu gün pik nöqtəsinə çatıb.

Eyni zamanda bu gün Ermənistan parlamentinin müxalifətçi (əslində isə təxribatçı) deputatları Azərbaycan ərazisinə - Qarabağa da buraxılmayıblar. Parlamentin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan iddia edib ki, məlum radikal deputatların Qarabağ bölgəsinə getməklə bağlı bəyanatlarından sonra həmin siyasətçilərin adları rəsmi Bakı tərəfindən Laçın dəhlizindəki nəzarət buraxılış məntəqəsində duran rusiyalı hərbçilərə təqdim edilib və beləliklə, onların Qarabağa getmək planının qarşısı alınıb.

"Hayastan" fraksiyasının deputatı Artur Qazinyan da bu faktı təsdiqləyib və qeyd edib ki, Ermənistanın müasir tarixində ilk dəfə olaraq parlamentin deputatlarına Qarabağ bölgəsinə giriş qadağan edilir.

"Azərbaycan tərəfi Qarabağa gedən deputatların tam siyahısını əldə edərək Rusiya sülhməramlı qüvvələrinin operativ qərargahına təhvil verib. Bakı onların Xankəndiyə daxil olmasına qadağa qoyulmasını tələb edib", - deyə Kazinyan bildirib.

Bütün bu baş verənlər erməniləri özlərinə gətirmək, ağıllarını başlarına yığmaq, onları reallıqla barışdırmaq məqsədi güdür. Erməniləri revanşizmdən və separatçılıqdan əl çəkməyə məcbur etmək hazırda əsas hədəflərimizdən biridir.

Bəybala Mirzəyev

Xəbər 2028 dəfə oxunub.



16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb


BÜTÜN XƏBƏRLƏR +