Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


27.04.2023  14:27 

Binəqədidə 17 nəfər saxlanılıb





A+  A-

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilib. Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb.

Bu barədə XəzərNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Xəbər 4863 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +