Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı
Naziri müavini idi, şöbə müdiri oldu
Bəzi ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyulub
İran İsraillə dil tapmağa çalışacaq – Politoloq
Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?


28.02.2024  21:11 

Əhməd Əhmədovla bağlı yenilik var





A+  A-

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.

Xəzərnews.az xəbər verir ki, TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.

Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.

Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.

Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.

TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.

Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.


Xəbər 5449 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +