Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


02.06.2025  11:57 

“Grandmart” müştəriləri qiymətdə aldadıb





A+  A-

“Grandmart” supermarketlər şəbəkəsi (“Grand- Mart” MMC) müştəriləri qiymətdə aldatdığı üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, şəbəkə bununla bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimələnib.

Belə ki, “Grandmart” Agentlik tərəfindən bu ilin martın 6-da inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.

Məlum olub ki, “Grandmart” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.

Agentlik ümumilikdə bu ilin yanvar-aprel aylarında supermarketlər tərəfindən qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı 10 protokol tərtib edib.

Xatırladaq ki, nizamnamə kapitalı 12 milyon manat olan "Grand-Mart" MMC-nin qanuni təmsilçisi Ramil Məmmədov Əşrəf oğludur. 2008-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov (BAKIXANOV QƏS.), ev 134-dür. Şəbəkənin Bakıda hazırda 30-dan çox mağazası fəaliyyət göstərir.

Xəbər 363 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +