Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.03.2023  18:30 

“Nar” yenə Müştəri Loyallığı İndeksində lider oldu





A+  A-

2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator “Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur. Artıq ardıcıl dördüncü ildir ki, “Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.

XəzərNews.az xəbər verir ki, bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb.

“Cavannar 6” və “Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, “Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 “Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də, 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. “Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.

“Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün “Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən “Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə “LingoKids” və “FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.

Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb saytından və “Nar”ın sosial media səhifələrindən öyrənə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 995 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +