Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


28.03.2023  11:41 

Orucun düzgün olmasının şərtləri





A+  A-

Mübarək ramazan ayının orucunun düzgün olması və qəzasının tutulmasına (istər həqiqi qəza, istərsə ilahi əzabdan qorunmaq üçün olsun) ehtiyac qalmaması üçün insan “orucun düzgün olmasının şərtləri” adlandırılan aşağıdakı şərtlərə cavab verməlidir.

Birinci şərt: Müsəlman olmalıdır

Kafir insanların orucu düzgün deyil. Əlbəttə ki, əgər kafir şəxs ramazan ayının bir günündə müsəlman olarsa və sübh azanından həmin vaxtadək orucu batil edən hər hansı bir iş görməmişdirsə, vacib ehtiyata əsasən, ma fiz-zimmə niyyəti ilə həmin günün axırınadək imsak etməlidir (yəni orucu batil edən işlər görməməlidir) və əgər imsak etməzsə, həmin günün qəzasını tutmalıdır.

İkinci, üçüncü və dördüncü şərtlər: Dəli, sərxoş, yaxud huşsuz olmamalıdır

Dəli, sərxoş, yaxud huşsuz insanın orucu bu hallar onun orucda mötəbər sayılan niyyəti düzgün etməməsinə səbəb olduğu halda doğru deyil. Lakin əgər insan sübh azanından əvvəl oruc niyyəti edərsə, sonra sərxoş olarsa və gün ərzində ayılarsa, vacib ehtiyata əsasən, həmin günün orucunu sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır. Azandan öncə oruc niyyəti edən, sonra huşunu itirən və gün ərzində özünə gələn şəxs üçün nəzərdə tutulmuş hökm 1912-ci məsələdə izah edilmişdir. /Mənbə: Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani


Xəbər 982 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +