Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


10.01.2024  17:24 

Polis intihar edib, yoxsa öldürülüb?





A+  A-

Xəbər verdiyimiz kimi, yanvarın 3-də Neftçalada polis çavuşu Əyyubov Şahın Elçin oğlunun asılmış vəziyyətdə meyiti aşkarlanıb. İlkin olaraq onun özünü öldürdüyü bildirilirdi.

Yaşadığı evin həyətində özünü asaraq intihar edən 28 yaşlı Şahin Əyyubovun yaxınları onun ölümü ilə bağlı şübhəli məqamların olduğunu iddia edirlər.

Şahin Əyyubovu bibisi oğlu Eyyub Xaliq bildirib ki, mərhum Neftçala şəhərində kirayədə yaşayırmış. Onun nəşi yaşadığı ünvanda asılı vəziyyətə taplsa da, tibbi ekspertiza xidməti hadisə yerində heç bir araşdırma aparmayıb:

"Meyiti araşdırma aparmadan morqa göndəriblər. Mərhumun heç bir yaxınının iştirakı olmadan həkim tərəfindən Şahinin intihar etdiyinə dair rəy verilib. Halbuki onun nəşin üzərində zorakılıq əlamətləri olub".

Eyyub Xaliq bildirib ki, polis Şahin Əyyubov ötən il dekabrın 31-də rayon mərkəzində quraşdırılan yolka ətrafında patrul nəfəri kimi xidmət göstərib:

"Lakin ölüm hadisəsindən sonra Neftçala rayon polis şöbəsinin rəisi Vüsal Şəbəndiyev tərəfindən dekabrın 30-da onun işinə xitam verilib. Necə olur ki, polis nəfəri işinə xitam verildiyindən sonra patrul xidmətinə çıxır? Hadisə barədə hec bir araşdırma aparılmır. Ölüm hadisəsinin baş verməsində sual doğuran məqamlar var".

Mərhumun yaxını onu da bildirib ki, Şahin Şahin ötən ilin payızında Xankəndi ətrafında həyata keçirilən lokal antiterror əməliyyatında iştirak edib:

"Dövlət Təhlükəsizlik Xidmətindən, Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı ciddi araşdırma aparılmasını xahiş edirəm".

Bakupost.az -a daxil olan son məlumata görə, yaxınlarının şikayətindən sonra Şahin Əyyubovun intiharı ilə bağlı məsələ xüsusi nəzarətə götürülüb.

Xəbər 5098 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +