“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.02.2020  14:32 

Sabahdan hava dəyişəcək





A+  A-

Sabah axşamdan ölkə ərazisində hava şəraiti dəyişəcək, rayonlarda qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər 1721 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +