“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.09.2019  11:20 

Sosial şəbəkələrin forması dəyişiləcək





A+  A-

“Yaxın gələcəkdə sosial medianı əvəz edəcək resurs yoxdur”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-ın “İnternet məkanında sosial şəbəkələri nə əvəz edəcək” sualını cavablandırarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib. O hesab edir ki, gələcəkdə sosial şəbəkələrin forması dəyişiləcək:

“Məsələn, dünyada süni intellekt, robotlaşma getdikcə sürətlənir. Hətta Azərbaycanda da bu tətbiq edildi – televiziya verilişinə aparıcılıq robota həvalə olundu. Gələcəkdə güman ki, xəbərlərin istehsalı, hazırlanması ilə bağlı texnologiyalar daha çox inkişaf edəcək, nəinki onun çatdırılma formaları.

İnformasiyanın yayılması ilə bağlı yenilik tətbiq olundu, müsbət qarşılandığına görə artıq aydındır ki, bunu robot həyata keçirə bilir. Növbəti addım kimi isə sosial mediada xəbər istehsalının daha çevik, effektiv qurulması, süni intellektin geniş tətbiqi sürətlənəcək. Bu sahədə daha çox mobilləşmə gedəcəyini düşünürəm. Bütün resurslar daşınan, mobil texnologiyaların üzərinə qalacaq. Düşünürəm ki, media və hökumət qurumları investisiyanı mobilin üzərinə gətirib, daha çevik effektiv texnologiyalardan istifadəyə yönəltsələr, qazanclı olarlar”.



Xəbər 1670 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +