Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


31.07.2019  15:54 

Azərbaycanda qara yara xəstəliyindən ölüm





A+  A-

Azərbaycanda 60 yaşlı kişi qara yara xəstəliyindən ölüb.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. İlk öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər.

Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib. Qara yara xəstəliyi diaqnozu təsdiqləndikdən sonra iyulun 25-də xəstələr ağır vəziyyətdə paytaxta – Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Hazırda digər xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, qara yara xəstəliyi heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Bu xəstəlik ölkə üzrə 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.

Nazirlik qeyd edib ki, indiyə qədər bu xəstəlik Azərbaycanda ölümlə nəticələnməyib.

Xəbər 1862 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +