“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq
Söz verildi: Bu qədər artıq kartof yetişdiriləcək - Ucuzlaşacaq?
Qanunsuz tikinti sökülüb -Fotolar
Türkiyədə güclü zəlzələ: Azyaşlı qız öldü -Video


29.08.2023  10:01 

Gecə şimşək çaxıb, arabir yağış yağıb





A+  A-

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən xəbərə görə,

Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32 dərəcə isti, Naxçıvan MR-da 32-36 dərəcə isti, Aran rayonlarında 30-36 dərəcə isti, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Xəbər 1173 dəfə oxunub.



03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +