Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


14.08.2023  18:05 

290 bal yığanların hamısı pulsuz oxuyacaq?





A+  A-

Ötənlərdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II qrup üzrə qəbul ballarından danışıb. DİM sədri qeyd edib ki, II qrup üzrə 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər: “Bu qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir. Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir”.

O əlavə edib ki, II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.

Qeyd edək ki, 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilməsi media, sosial şəbəkələr, eləcə də ictimaiyyətdə müzakirələrə yol açıb. Kimi bunu təqdir, kimi isə tənqid edib.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə 290 bal toplayanların hamısı dövlət sifarişli yerlərə qəbul oluna bilməz:

“Bu, tam olaraq mümkün bir proses deyil. Sadəcə olaraq, ehtimal var ki, sözügedən balı toplayan abituriyentlərin bəziləri ali məktəbə təhsil haqqı ödəmədən qəbul olunsun. Bu əsasən l və ll qrupa imtahan verən abituriyentlərə aiddir. Çünki ən çox dövlət sifarişli yerlər məhz bu ixtisas qruplarındadır.

Məlumdur ki, dövlət tərəfindən hər il dövlət sifarişli yerlərin artırılmasına prioritet məsələ kimi yanaşılır. Əvvəlki illərin statistikasına nəzər saldıqda görürük ki, həmin dövrdə ümumi plan yerləri 27 min idisə, hazırda təkcə dövlət sifarişli yerlərin sayı 27 mindən çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Hər il bu yerlərin artması nisbətən az bal toplayan abituriyentlərin də pulsuz təhsil almalarına şərait yaradır”.

Ekspert onu da diqqətə çatdırıb ki, dövlət sifarişli yerlərin artması abituriyentlər arasında rəqabəti ciddi şəkildə azaltmayacaq:

“Əlbəttə, könül istərdi ki, yüksək bal toplayan abituriyentlər daha çox olub, həmin yerləri tutsunlar. Çünki onlar imtahanlar zamanı əziyyət çəkib, ciddi şəkildə hazırlaşırlar. Amma bunun müqabilində kimsə də ola bilər ki, əziyyət çəksə də, hər hansı situasiyaya görə balı aşağı gəlir. Nəticə etibarı ilə artıq həmin şəxslər də dövlət sifarişli təhsil ala bilər. Düzdür, dövlət hesabına ödənilən yerlərin artması, abituriyentlərin rəqabətinə bir qədər təsir göstərə bilər. Lakin bu, çox cüzi bir təsirdir. Çünki elə ixtisaslar var ki, burada 500-600 bal tələb olunur ki, təhsil haqqı ödəmədən qəbul olunsunlar. Ona görə də yüksək bal toplayan abituriyentlərimiz daha çox həmin ixtisaslara sənəd verirlər. Bu isə rəqabətin eyni dərəcədə saxlanılması deməkdir”.

Xəbər 1075 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +