Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


24.05.2023  14:29 

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşüb





A+  A-

Mayın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə XəzərNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Bununla yanaşı, davam edən mina təhdidləri, Üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.

ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidən qurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq ediyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1314 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +