6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


27.06.2022  10:10 

Rafiq Ədilovu Muxtar Babayev himayə edir? - VİDEO





A+  A-

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin məhkəmə işi başa çatıb.

Təəssüf ki, həm ibtidai, həm də məhkəmə istintaqının obyektiv aparılmaması nəticəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Rafiq Ədilov deyil, heç bir sərəncam vermək hüququna malik olmayan aparıcı məsləhətçi Mübariz Hacıyev 6 il azadlıqdan məhrum edilib.

Baxmayaraq ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi səs yazısındakı dialoqlarda qanunsuz torpaq daşınmasında Rafiq Ədilovun bilavasitə iştirakı təsdiqlənir.

Necə ola bilər ki, səs yazısındakı dialoqlarda prosesin iştirakçısı – yəni hərəkətverici qüvvəsi, “kilid açar”ı nəyinki təqsirləndirilən şəxs, heç şahid kimi də dindirilməyib.

Amma nə baş verdi?

8 saylı ərazi Ekalogiya İdarəsinin müdiri Rafiq Ədilov sözügedən cinayət işinə görə vəzifəsindən azad olunaraq 11 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Manitorinqi və Ekoloji Marifləndirmə sektorunun müdiri vəzifəsində təyinat aldı.



Təəssüf ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işində məsuliyyətdən kənarda qalan Rafiq Ədilovun cəzalandırılması deyil, mükafatlandırılması belə deməyə əsas verir ki, onu nazir Muxtar Babayev himayə edir. Əks təqdirdə illərdir müxtəlif ekologiya idarələrinə rəhbərlik edərək min hoqqadan çıxan (bu barədə bir çox saytlarda kifayət qədər neqativ materiallar var) Rafiq Ədilov niyə mükafatlandırılısn ki?

İttiham aktında yer alan və müstəntiq tərəfindən Mübariz Hacıyevə dinlətdirilən səs yazısına diqqət edən zaman dialoqlarda şikayətçi və digər təqsirləndirilən şəxslər də etiraf edirlər ki, torpaq daşınması əməlindən idarə rəisi kimi Rafiq Ədilovun birbaşa göstərişi olub. Və Mübariz Hacıyevin torpaq “alıqı - satqı”sı prosesində iştirakı da birbaşa Rafiq Ədilovun təlimatı ilə baş tutub.

Axı necə ola bilir ki, məlum cinayət işində formal şikayətçi olan İlham Əzimovla görüşən, aparıcı məsləhətçi Mübariz Hacıyevi onunla danışıqlara göndərən Rafiq Ədilov işdən uzaqlaşdırıldıqdan dərhal sonra yeni işlə təmin olunur.

Maraqlıdır, elə deyilmi?

Mövzunu davam etdirəcəyik…

Yusif Əli
XəzərNews.az


Xəbər 2165 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +