Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


02.10.2021  17:05 

Ukrayna Gürcüstandan Saakaşvili ilə bağlı xahiş etdi





A+  A-

Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixail Saakaşvilinin ukraynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.

Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolneko bildirib. O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub.

Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb. Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.

XəzərNews

Xəbər 2999 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +