“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq
Söz verildi: Bu qədər artıq kartof yetişdiriləcək - Ucuzlaşacaq?
Qanunsuz tikinti sökülüb -Fotolar
Türkiyədə güclü zəlzələ: Azyaşlı qız öldü -Video


12.02.2021  10:08 

Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz? - TƏBİB-dən açıqlama





A+  A-

“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: “Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

Həmçinin qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələndiklərini bildiriblər.



Xəbər 2904 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +