“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq
Söz verildi: Bu qədər artıq kartof yetişdiriləcək - Ucuzlaşacaq?
Qanunsuz tikinti sökülüb -Fotolar
Türkiyədə güclü zəlzələ: Azyaşlı qız öldü -Video


20.06.2018  12:07 

Elnarənin estetik mərkəzi bağlandı





A+  A-

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanan kosmetoloq Elnarə Rzayevanın mərkəzi bağlanıb.
XəzərNews.az criminal.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərin vəkili Toğrul Allahyarov bildirib ki, mərkəzin bağlanmasından dünən xəbər tutub.

T.Allahyarovun sözlərinə görə, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi.

Vəkil bildirib ki, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyünün və qeyri-yaşayış sahəsinin icarə elanı verilməsinin şahidi olub:

``Elnarə Rzayeva 3 ilə yaxın ``LA sisters`` mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra "LA sisters" rəhbəri tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra E.Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı.

Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam``.

Qeyd edək ki, Rzayeva haqda bir neçə şikayət var. Müştəriləri onun prosedurlarından şikayət ediblər. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.


Xəbər 1743 dəfə oxunub.



03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +