Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


23.12.2017  16:34 

“Lotu Quli”yə daha bir zərbə





A+  A-

Kriminal aləmdə “Soloma” kimi məşhur olan 39 yaşlı keçmiş avtoritet Aleksey Salomatin dekabrın 22-də ağır kəllə-beyin travması ilə Rusiyanın Tula vilayətinin mərkəzi xəstəxanasında reanimasiyaya yerləşdirilib.
XəzərNews.az-ın “Praym Kraym” agentliyinə istinadən verdiyi məlumata görə, o, “oğru” adından məhrum edilməyi ilə bağlı qərarı tanımayaraq hələ də özünü “qanuni oğru” hesab edirmiş və buna görə də döyülüb.

Qeyd edək ki, A. Salomatin 2013-cü ilin avqustunda Türkiyədə “Kardava Mzarelua”nın klanı tərəfindən “taclandırılıb”. O vaxtlar “Soloma” ilə birlikdə “Lotu Quli” ləqəbli azərbaycalı “vor zakon” Nadir Səlifovun doğma qardaşı Namiq də “oğru” adını alıb.

Salomatinin “xaç atası” isə “Lotu Quli”yə ən yaxın “slavyan”lardan biri hesab olunan “qanuni oğru” Vladimir Jurakovski (“Vova Puxlıy”) olub. O, “qanuni oğru” adından 64 yaşlı “Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşov tərəfindən məhrum edilib.

Xatırladaq ki, Rusiya hökuməti Lotu Quliyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.

Xəbər 1683 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +