Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


20.12.2017  14:32 

Polisin saxladığı şəxslər özlərini doğradı





A+  A-

İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

Onlar kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlamaqda və evdən oğurluq etməkdə təqsirləndirilir. İmişli rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Bir müddət əvvəl keçirilmiş əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri - 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.

Keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən, yaşlı qadının həmin şəxslər tərəfindən zorlandığı təsdiqini tapıb.

İmişli rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan X.İbrahimova sol qolunun said hissəsinin və ön qarının kəsilmiş, daxilə nüfuz etməyən yarası diaqnozu ilə cərrahiyə tikişi qoyulub. A.Cəfərova isə sol qolun kəsilmiş xəsarətləri ilə tibbi yardım göstərilib.

Onların xəsarətlərinin ciddi olmadığı bildirilir. Hər iki şəxsə tibbi yardım göstəriləndən sonra təcridxanaya qaytarılıb.

Prokurorluqdan bildirilib ki, onlara qarşı 3 maddə üzrə irəli sürülən ittihamlar əsaslı hesab olunur.

Saxlanılan şəxslər ilkin ifadələrində qadını zorladıqlarını etiraf ediblər.

Xəbər 4055 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +