Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?


22.04.2025  10:33 

Ermənistanda atəşi açan İrandır - Politoloq





A+  A-

“Ermənistanın Sünik vilayətində uzun müddətdir atəş açıldığı barədə məlumat yayılır. Ermənisatn Müdafiə Nazirliyinin bu atəşlərə münasibəti birmənalı olmadı. Heş bir arqumenti olmadan birbaşa Azərbaycanı günahlandırdı. Həmin ərazidə İran-Ermənistan birgə hərbi təlimləri keçirdilər. Əgər oradakı atəş səsləri İran və ya Ermənistan üçün qorxuducu təhlükə yaradan ciddi amil olsaydı, yəqin ki, hərbi təlimlər keçirilməzdi. Görünür, hərbi təlimi keçirənlərdən biri atəşi pozmaqla məşğuldur. Ehtimal ki, atəşi pozan İrandır. Atəş pozmaqla Ermənistan əhalisinin şüuruna hərbi təhlükəni yada saldı və bundan istifadə edib, Ermənistanla birlikdə hərbi təlim keçirdi. Bu son 30 ildə hətta Qarabağ müharibələri dövründə İran və Ermənistan hərbçiləri bir-birinə bu qədər yaxın olmamışdı. İndi də atəşin pozulması davam edir. Görünür, İran Ermənistanda hərbi baza yaratmaq istəyir”.

Bu barədə açıqlamanı XəzərNews.az -a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İranın Ermənistan üzrə marağının iki motivasiyası var:

“1. Ermənistanı Azərbaycanın üzərinə qaldırmaq, yenidən Ermənistan-Azərbaycan müharibəsi salmaq. Bunun üçün də əsas səbəb Qarabağı tərk etmiş ermənilərin öz yurdlarına qayıtması mövzusudur. Erməniləri Azərbaycanın içərisinə salmaqla İran Azərbaycanı zəiflədəcəyini düşünür.

2. İran Ermənistanı özünün tarixi torpağı hesab edir. Çar Rusiyası güclü idi, 200 il bundan əvvəl bütün Qafqazı işğal etdi. İndi Rusiya zəifdir. Ona görə İran Qafqazı qaytarmalıdır. Bu proses Ermənistandan başlamalıdır. Ona görə Ermənistan müstəqil siyasət apardığını sübut etməlidir. İlk növbədə bu sübutlar İran-Ermənistan münasibətlərini əhatə etməlidir. Bunun üçün Ermənistanın indi öz ərazisində tikdiyi Mehri, Sünik dəmir yolu, Zəngəzur koridorunu Azərbaycanın iştirakı və maliyyəsi ilə tikilməlidir. Azərbaycan şirkətləri Ermənistanın içərisində bu tikintidə iştirak etməlidir. Bu, Ermənistanı İrandan müstəqil olduğunu sübut edən birinci vacib əlamətdir. Bu yol yalnız Azərbaycan yolu olmalıdır. Azərbaycanın qalan hissəsi ilə Naxçıvanı birləşdirməlidir. Bu yoldan başqa ölkə istifadə etməməlidir”.

Politoloq hesab edir ki, Ermənistan-Azərbaycan dünya ilə əlaqələri üçün isə Ermənistanın ərazisində digər yol, kommunikasiya təqdim olunmalıdır:

“O yolu Ermənistan özü tiksin, beynəlxalq şirkətləri də qoşa bilər. Bu yol artıq bütün ölkələr üçün açıq olmalıdır. Əgər Ermənistanla Azərbaycan arasında cəmi bir yol olarsa, İran hansısa təxribat törədib, bunu başqa dövlətlərin üstünə qoya bilər. Ermənistan özünü İrandan qoruya biləcəyini isbat etməlidir.

Sünikdən azərbaycanlıların Naxçıvana getməyəcəyi barədə İranın Ermənistandakı səfirinin aşkar bəyanatı var. Bu səfir azərbaycanlıların qatı düşmənidir, azərbaycanlıları “rasist, faşist” elan edib. Onun fikrincə, azərbaycanlılar İran xalqının tərkib hissəsi deyil. Azərbaycanlılar isə şiəliyi rəsmən İranda hakimiyyətə gətirən millətdir”.


Xəbər 1046 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +