Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


20.10.2023  23:14 

Belə halların motivləri məhkəmə qaydasında dəqiq araşdırıla bilər -Deputat





A+  A-

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Muğan Bank"ın fəaliyyəti dayandırıldı. Bundan bir müddət əvvəl isə "Günay Bank"ın fəaliyyəti dayandırılmışdı. Artıq bu hal əhalini və əmanətçiləri narahat edir.

Bankların bağlanmasına gətirib çıxaran səbəb nədir? Bundan sonra da hər hansı bankın bağlanmasına şahidlik edəcəyikmi?

Xəzərnews.az Redaktor.az-a istinadən xəbər verir ki mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa dedi ki, öz öhdəliklərini yerinə yetirə bilməyən, maliyyə resurslarını doğru tənzimləməyən banklara qarşı Mərkəzi Bank tərəfindən belə addımların atılması qanuna uyğundur:

"Belə halların motivləri məhkəmə qaydasında dəqiq araşdırıla bilər. Əgər qanunsuz bağlanırsa, məhkəməyə müraciət edə bilərlər. Amma bu yaxşı tendensiya deyil. Bankların açılması, bankların fəaliyyəti ilə bağlı məncə, daha doğru tənzimlənmə olmalıdır ki, sonradan bu cür vəziyyət yarananda əziyyətini əmanətçilər çəkir. Bu məsələlər ciddi araşdırılmalıdır. İndiki vəziyyətdə qanunvericilik imkan verir ki, bu bankların fəaliyyətində ciddi nöqsanlar varsa, onların bağlanması təmin olunsun. Araşdırma nəticəsində nöqsanlar ortaya çıxarsa, başqa banklar da bağlana bilər".


Xəbər 1147 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +