200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.08.2023  08:09 

Taksi şirkəti müştərilərinin məlumatlarını Rusiya kəşfiyyatına ötürür





A+  A-

“Yandex”in “Yandeks Go” və “Yango” taksi xidmətlərinin data mərkəzləri Rusiyaya ötürülüb.

XəzərNews.az xəbər verir ki, Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Meduza” saytı məlumat yayıb.

Qeyd olunur ki, "Yandex"in taksi xidmətləri hətta müharibə başlayandan sonra da dünyanın 20-dən çox ölkəsində, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail, Belarus, Norveç və Litvada fəaliyyət göstərir. Tezliklə müştəri məlumatlarının Federal Təhlükəsizlik Xidmətinin əlinə keçəcəyi qeyd olunur.

Rusiyada FTX-yə taksi şirkətlərinin məlumat bazalarına gecə-gündüz giriş imkanı verən yeni qanun qəbul olunub. Sənəd sentyabrın 1-dən qüvvəyə minəcək, indiyədək reyestrə yalnız "Yandex Go" daxil edilib.

Qeyd olunur ki, "Yandex"-in xaricdə fəaliyyət göstərən xidmətlərin məlumatları Rusiyada saxlanılır Onlardan üçü Moskva, Ryazan və Vladimir vilayətlərində yerləşir, daha biri isə Kaluqada tikilir. Müharibə başlamazdan əvvəl məlumatlar Finlandiyanın Mantsala şəhərində də saxlanılırdı.

Artıq FTX bundan sonra bütün avtomobillərin ünvanını və gəliş vaxtı daxil olmaqla sifariş jurnallarına nəzarət edə biləcək. Aqreqatorlar bu məlumatı altı ay saxlayacaqlar.

Finlandiya hökuməti bu səbəbdən ölkədəki "Yandex" xidmətinin Rusiyaya məlumat ötürməsini qadağan edib.

Qeyd edək ki, Azərbaycan da "Yango" taksi xidməti fəaliyyət göstərir.

Xəbər 1197 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +