200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.07.2017  18:24 

Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsi gecələr küçələrdə park edilmiş maşınlara və toydan çıxan qadınlara hücum barədə yayılan xəbərlərə münasibət bildirib.
Məlumatda bildirilir ki, son günlərdə bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gesələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hüsum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız panika yaratmağa yönəlmiş məlumatlar yayılıb.

Bildiririk ki, əvvəla, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soycunçuluq hadisələridir. Sonra, bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət işləri qaldırılmış və əksəriyyəti isti izlərlə açılmış, şübhəli şəxslər məsuliyyətə cəlb olunmuşdur. Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.

Bakı Şəhər baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır.

(qafqazinfo.az)

Xəbər 1518 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +