200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.06.2017  13:41 

Qalmaqallı qanun layihəsi payızda müzakirəyə çıxarılacaq





A+  A-

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.
Parlamentdən XəzərNews.az-a verilən məlumata görə, qanun layihəsi artıq iş planına da daxil edilib.
Qanun layihəsi 27 maddədən ibarətdir. Parlamentdə yaradılan işçi qrup artıq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb. Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasının gündəliyinə daxil ediləcək.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" məsələsi xeyli müzakirələrə səbəb olduğundan, o bənd layihədən çıxarılıb.

Xəbər 1268 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +