Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


16.11.2023  16:40 

Saxta dollar satan dəstə üzvləri saxlanılıb





A+  A-

Paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Xəzərnews.az DİN-ə istinadla xəbər verir ki, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1101 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +