Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı


09.04.2021  11:07 

3 aya 125 nəfər yol qəzasında ölüb





A+  A-

2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol- nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalıb.

Aparılmış təhlillər göstərir ki, 365 yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü velosipedçi, 1-i isə digər iştirakçı olub.

Xəbər 2807 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +