Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


22.06.2017  13:32 

Kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutulub





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə istintaq yekunlaşıb.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb. M.Mehrəliyevin idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır. O, İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.

Xəbər 1815 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +