Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.01.2020  10:27 

Torpaq satacağını deyib 63 minlik dələduzluq etdi





A+  A-

Vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən Quba rayonunun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.
XəzərNews.az-ın DİN-in Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30.000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər 2444 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +