“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.10.2020  09:45 

“Ermənistan uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil”





A+  A-

““Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Ermənistanın kredit reytinqini aşağı salması işğalçı ölkənin iqtisadiyyatının torpaqlarımızda başlatdıqları təxtibata reaksiya kimi qiymətləndirilə bilər”.
XəzərNews.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat yayıb. O qeyd edib ki, cəmi 2.6 milyard dollar xarici valyuta ehtiyatları olan Ermənistanda xarici borcun məbləği bundan 2 dəfə çox, yəni 5.7 milyard dollardır:

“Müqayisə üçün qeyd edim ki, Azərbaycanın strateji valyuta ehtiyatları işğalçı ölkənin rezevlərindən 20 dəfə çoxdur. Düşmən ölkənin xarici borcu Ümumi Daxili Məhsulunun (ÜDM) yarıdan çoxunu, yəni 53.5 faizini təşkil edir. Bu Ermənistanın regionun ən çox xarici borc asılılığı olan ölkəsi olması deməkdir. Bu ilin ilk yarısında iqtisadiyyatı 5.7% faiz azalan Ermənistanda iqtisadi azalma tendensiyası daha da sürətlənib. Bütün makroiqtisadi göstəricilərdə regionun ən zəif ölkəsi olan Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil. Bu isə o deməkdir ki, şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad edəndən sonra Ermənistanda resessiya daha da güclənəcək”.

Xəbər 2448 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +